» » Gətirilən yaralıların çoxu gənclər idi -

Gətirilən yaralıların çoxu gənclər idi - Bakıda dəhşət

Bölmə: Sosial
Gətirilən yaralıların çoxu gənclər idi - Yanvarın 21-də, dəhşətli gecənin səhəri çətinliklə də olsa, işə getdik. Əməliyyatxananın qalın şüşələri sınıq-salxaq idi. Bu cür şəraitdə insanları əməliyyat edirdik.

Xalqinfo.az xəbər evrir k, bu sözləri bu gün Azərbaycan Tibb Universitetində 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edən III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov bildirib.

Professor bildirib ki, həmin gün xəstəxanaya gətirilən yaralıların çoxu gənclər idi:

“Çox sayda yaralı gətirildi xəstəxanaya. Gənclər idi. Yaralıların əksəriyyətində iriçaplı güllə yaraları vardı. Çoxusuna 1 deyil, 2-3 güllə vurulmuşdu. O mənzərə qarşısında, elə çətin vəziyyətdə, şüşələri sındırılmış xəstəxanada yaralılara kömək edirdik, əməliyyata alırdıq”.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qırğında Azərbaycan Tibb Universiteti 9 şəhid verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler