» » “Bakı Bus” bu sərnişinləri axtarır -

“Bakı Bus” bu sərnişinləri axtarır - Foto

Bölmə: Sosial
“Bakı Bus” bu sərnişinləri axtarır - Yanvarın 6-sı baş verən qəzadan sonra daşıyıcısı dəyişdirilərək “Bakı Bus”la əvəzlənən 175 nömrəli avtobusa sərnişinlər zərər vurublar.

Sosial şəbəkə istifadəçisi Elşad Mətləboğlu avtobusun oturacağının şəklini paylaşaraq, yazıların sərnişinlər tərəfindən yazıldığını qeyd edib. Həmin foto sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Məsələ ilə bağlı Axar.az-a danışan “Bakı Bus”un mətbuat katibi Mənsur Piriyev bildirib ki, hadisə barədə məlumatları var və araşdırma aparılır:

“Arxa oturacaqların arxa hissəsində bu cür yazılar aşkar olunub. Hazırda həmin yazıları yazan şəxslərin tapılması üçün araşdırma aparırıq. Müəyyənləşəndən sonra həmin “zərərvericilər” haqqında məlumatı hüquq-mühafizə orqanlarına verəcək və videogörüntüləri də ictimailəşdirəcəyik. Avtobus ictimai nəqliyyat vasitəsidir və ictimaiyyətin maraqlarına xidmət edir. Ona görə də bütün sərnişinlər bu
məsələdə həssaslıq göstərməlidir. Yaxşı olar ki, bu cür hərəkət edən sərnişini görəndə ətrafdakı insanlar ona reaksiya versin, onu bu qanunsuz hərəkətindən çəkindirsinlər”.

Qeyd edək ki, 6 yanvar tarixində Zığ şossesində 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq dərəyə aşmışdı. Qəza zamanı avtobusun içərisində olan 20-yə yaxın sərnişindən 12-si müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Bu hadisədən sonra avtobusun daşıyıcısı dəyişdirilərək, “Bakı Bus”la əvəz edildi.

“Bakı Bus” bu sərnişinləri axtarır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler