» » Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş -

Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş - Təfərrüat

Bölmə: Sosial
Müəllimi qaçıran direktorun qardaşı oğlu imiş -  Xəbər verdiyimiz kimi, Bərdə rayonunun Hacıalılı kənd orta məktəbinin riyaziyyat müəllimi Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

Qaçırılma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Xalqinfo.az bildirir ki, Oxu.Az-a etibarlı mənbədən daxil olan məlumata görə, 23 yaşında olan müəllimin adı Gülçindir. O, həm də məlumat verildiyi kimi nişanlı olmayıb. Müəllimi qaçıran Z.Tural isə eyni məktəbdə tədrislə məşğul olan digər müəllimin oğlu və məktəb direktoru Səyyarə Zeynalovanın qardaşı oğludur.

T.Zeynalov müəllimi məktəb evə gedərkən qaçırıb. Qızın valideynləri isə oğlanın ailəsi ilə görüşərək bu işə razılıq veriblər.

Qeyd edək ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler