» » Metronun bütün stansiyalarında matəm musiqisi səsləndiriləcək

Metronun bütün stansiyalarında matəm musiqisi səsləndiriləcək

Bölmə: Sosial
Metronun bütün stansiyalarında matəm musiqisi səsləndiriləcək“Qara Yanvar” faciəsi ilə bağlı “20 Yanvar” metrostansiyası qərənfillərlə bəzədiləcək.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N. Paşayevin sözlərinə görə, artıq tədbirlər planı təsdiqlənib və 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə start verilib.

“Ənənəvi olaraq hər il həmin gün bütün stansiyalarda faciə yad ediləcək. Həmin gün vaqonlarda musiqi səsləndirilməyəcək.

Bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da faciə qurbanları bir dəqiqəlik sükutla yad ediləcək. Qatarlar fit verəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler