» » Hərbçilərimiz Gürcüstanda təlimlərdə iştirak edirlər

Hərbçilərimiz Gürcüstanda təlimlərdə iştirak edirlər

Bölmə: Sosial
Hərbçilərimiz Gürcüstanda təlimlərdə iştirak edirlərGürcüstanın Saçxeri və İmeretidəki hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” təlimləri başlayıb.

Report-un xəbərinə görə, təlimlərdə Gürcüstanla yanaşı Azərbaycan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər də iştirak edirlər.

Tədbirdə hərbçilər dağlıq ərazilərdə qarlı havalarda manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunu altında qalmış insanlara ilkin tibbi yardımların göstərilməsi, onların təxliyyəsi və s. sahələrdə bilik və bacarıqlarını artıracaqlar.

Kursu müvəffəqiyyətlə başa vuracaq hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.

Hərbi təlimlər fevralın 2-də başa çatacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler