» » Həkimindən İsa Qəmbərin səhhəti ilə bağlı -

Həkimindən İsa Qəmbərin səhhəti ilə bağlı - Açıqlama

Bölmə: Sosial
Həkimindən İsa Qəmbərin səhhəti ilə bağlı - İsa Qəmbərin müalicəsi davam edir, vəziyyəti stabilləşməkdədir.

Xalqinfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu, İsa Qəmbərin həkimi Firdovsi İbrahimov deyib.O bildirib ki, İ. Qəmbər özünü yaxşı hiss edir: “Belə davam etsə, onu palataya köçürməyi planlaşdırırıq. Hazırda kardioreanimasiyadadır”.

İ. Qəmbərin yaxın günlərdə evə buraxıla biləcəyini vurğulayan kardioloqun sözlərinə görə, onun müalicə üçün xarici ölkəyə göndərilməsinə ehtiyac yoxdur:

“Gördüyümüz iş, əldə etdiyimiz nəticələr xarici tibb müəssisələrinin çoxunun görə biləcəyi işdən qat-qat yaxşıdır. Bu dəqiqə İsa Qəmbərin müalicə üçün xaricə göndərilməsinə qəti olaraq gərək yoxdur”.

Tarix elmləri namizədi Aidə Qəmbər bildirib ki, həyat yoldaşı İ. Qəmbəri səhhəti yaxşıdır: “Mən İsa bəyin yanındayam. Onu müalicə edən həkimlə də danışmışam. Hər şey yolundadır. Düşünmürəm ki, onu xarici ölkəyə göndərmək lazım olsun. Yəqin ki, buna ehtiyac olmayacaq. Buradakı həkimlər də sağ olsunlar, İsa bəyə çox diqqətlə, qayğı ilə yanaşırlar. Onlara da təşəkkür edirəm”.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə xəstəxanaya yerləşdirilib. Onun ürəyinə bir neçə stent yerləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler