» » Ərəblər Bakı hotellərini alır

Ərəblər Bakı hotellərini alır

Bölmə: Sosial
Ərəblər Bakı hotellərini alır
Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb: onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanır.

Xalqinfo.az bu barədə Abc.az-a istinadən xəbər verir.

“Başlıca olaraq təkliflər Qətər və İraq vətəndaşlarından daxil olur, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır. Onlar öz turistlərinə hotellərdə özləri xidmət göstərmək istəyir, belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu, əsas səbəblərdən biridir.

Ərəb investorları, əsasən, Bakının mərkəzində olan binalar maraqlandırır, bəzi hotellər artıq satışa çıxarılıb”, – deyə Azərbaycanın Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib. O, həmin hotellərin adlarını açıqlamaq istəməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler