» » Bilgəhdə qədim qalaya bitişik divar söküləcək

Bilgəhdə qədim qalaya bitişik divar söküləcək

Bölmə: Sosial
Bilgəhdə qədim qalaya bitişik divar söküləcəkBakının Bilgəh qəsəbəsində qədim qalaya bitişik divar söküləcək.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən "Qala" abidəsinə qanunazidd müdaxilənin qarşısının alınması məqsədilə abidəyə bitişik divarın sökülməsi və nəticəsi barədə məlumatın verilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edib.

Qeyd edək ki, XIII-XIV əsrlərdə Şirvanşahlar dövründə tikilən Bilgəh qalası hazırda fərdi həyətlərin hasarları arasında qalıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler