» » “100 illiyimizlə bağlı mühüm planlarımız var”

“100 illiyimizlə bağlı mühüm planlarımız var”

Bölmə: Sosial
“100 illiyimizlə bağlı mühüm planlarımız var”AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil edən Vikipediya təliminin iştirakçıları sistemli şəkildə məqalələr yaradırlar, yarımçıq qalmış məqalələri redaktə edib genişləndirirlər.

Xalqinfo.az-ın məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk 15 yanvar - Beynəlxalq Vikipediyaçılar Günü ilə bağlı deyib. O, “Azərbaycanca vikipediya”da yayımlanan maraqlı məqalələrin müəlliflərini “təmənnasız vətənpərvərlər” adlandırıb:

“Qarşıda planlar çoxdur. “AXC-100”çərçivəsində tarixi şəxsiyyətlərimiz haqqında məqalələr müxtəlif dillərə tərcümə olunacaq. Xüsusilə, məqalələrin tərcüməsində “Şəms” Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları təmənnasız dəstək verirlər. Bütün vikipediyaçıları bu gözəl gün münasibətilə təbrik edirəm. Vikipediyanın zənginləşdirilməsində göstərdikləri könüllü xidmətlərinin davamlı və faydalı olmasını diləyirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler