İtkin düşən alpinistlərin dostlarından - Təklif![]() Quba rayonunda dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin bir qrup alpinist dostları itkin düşmüş alpinistlərin axtarışları üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar. “Qafqazinfo”ya daxil olan məlumata görə, onlar qeyd ediblər ki, axtarışların daha səmərəli olması üçün müvafiq qurumların atacaqları əlavə addımlar, ərazidə istifadə edilə biləcək əlavə avadanlıqlar mövcuddur: Alpinistlərin dostları itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı 'Apple' şirkətindən ən son siqnalların, antenn məlumatlarının alındığı koordinatların müəyyənləşdirilməsini istəyirlər. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən "Ground Penetrating System" əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər. Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın Sensors&Software şirkətinin istehsalı olan SnowScan Rescue Radar, İsrailin Camero-Tech şirkətinin istehsalı olan və “Sense-through-the-wall” təsvir texnologiyası ilə çalışan avadanlıq, 70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor - MF 9700 QUINARY, NASA-nın istifadə etdiyi ‘FINDER’ (FINDER Search and Rescue Technology) cihazı , -20 (mənfi iyirmi) dərəcəyə qədər termo həssaslıqla göstərən Termographic kameralar və digər avadanlıqlardan istifadə olunması təklif olunur. Alpinistlərin dostları müvafiq dövlət qurumlarının açıqlamalarında, Quba rayonunda keçirilmiş mətbuat konfransında, yaxud KİV-də yayılan məlumatlar arasında bu avadanlıqlardan hansılardan istifadə edilməsi, hansıların istifadə edilməməsi ilə bağlı məlumatın olmamasını qeyd edirlər. Eyni zamanda, itkin düşən alpinistlərin dostları bu sahədə peşəkar təcrübəsi olan, qardaş Türkiyədə ixtisaslaşmış TDF (Türkiye Dağcılık Federasyonu) və 2668 əməliyyat keçirərək 2593 nəfəri xilas edən AKUT (Arama Kurtarm Derneği) təmsilçilərinin Azərbaycana gəlmək üçün hazır olduqlarını, lakin, hələ də müvafiq rəsmi icazəni gözlədiklərini bildirir və dövlət qurumlarından TDF və AKUT xilasedicilərinin də axtarış-xilasetmə prosesinə cəlb olunmasını təklif edirlər. |
XƏBƏR LENTİ
23.04.18 23:33 | Minsk Qrupu Bakı və Yerevana səsləndi
23.04.18 22:40 | Azərbaycanla İran Xəzərdə əməkdaşlığa başlayır
23.04.18 22:15 | Vasif Talıbov nazirliyi iki struktura böldü
23.04.18 21:48 | Poçt vasitəsilə Azərbaycana soyuq silahlar keçirmək istədilər
23.04.18 21:30 | “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər qüvvəyə minib
23.04.18 20:40 | Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov kimdir?
23.04.18 20:28 | Valentina Matviyenko Azərbaycan prezidentini təbrik edib
23.04.18 19:36 | “Qarabağ”ın legioneri ölkəsində tarixə düşdü
23.04.18 19:29 | Nazirlər Azərbaycan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib
23.04.18 19:20 | Prezidentdən daha bir gəncə yüksək vəzifə
23.04.18 19:01 | Soyuq silahların xaricdən qanunsuz yollarla Azərbaycana gətirilməsinin qarşısı alınıb
23.04.18 18:54 | Putin 3 azərbaycanlıya vətəndaşlıq verdi
23.04.18 18:49 | “Serj Sarkisyanın istefası Azərbaycanın xeyrinədir”
23.04.18 18:45 | Sarkisyanın yerinə müvəqqəti olaraq Karapetyan gətirildi
23.04.18 18:44 | Yol polisindən son xəbərdarlıq
23.04.18 18:25 | İlham Əliyev yeni ekologiya nazirini təyin etdi
23.04.18 18:13 | Yeni təhsil naziri kimdir? – DOSYE
23.04.18 17:45 | Putinin xüsusi nümayəndəsi Əliyevi təbrik etdi
23.04.18 17:37 | Ramiz Mehdiyev yeni nazirlərdən danışdı - Video
|