» » Qaz sayğacları ilə bağlı problem var

Qaz sayğacları ilə bağlı problem var

Bölmə: Sosial
Qaz sayğacları ilə bağlı problem varTarif Şurasının qərarına əsasən, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.

Xalqinfo.az ARB TV-yə istinadən xəbər verir ki, son günlər aktual olan məsələlərdən biri də yeni ilin ilk günündən etibarən təbii qazın istehlakı ilə bağlı Lənkəran sakinlərinə verilən bildirişlərdə hesablamanın düzgün göstərilməməsidir.

Yanvar ayının 2-ci həftəsi olmasına baxmayaraq, bəzi abonentlər hələ də mavi yanacaq üçün təyin olunan 1700 kubmetrlik limitin sıfırlanmadığını iddia edirlər.Bəs bu proses hansı qaydalarala həyata keçirilir?

İbrahim Kərbalayev – “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri: “Cari ildən Smartkarta aparılan ilk ödəniş tarixindən etibarən hesablamasına başlayacaq. Yəni, illik limitin verilməsinə başlayacaq. Onu da qeyd edim ki, mexaniki qaz sayğacların üzərindəki göstərici həm abonent həm də “Azəriqaz” İB nəzarət qrupu tərəfindən götürülür və bildiriş şəklində istehsalçıya təqdim edilir. Yəni hər ikisi də buna nəzarət edə bilirlər”.

Mövcud məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, sayğacların hesablanmasının yanvar ayının ilk həftəsinə qədər çəkməsi tətil günləri ilə əlaqədardır

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler