» » Azərbaycanda 9 şirkət bu departamenti məhkəməyə verdi

Azərbaycanda 9 şirkət bu departamenti məhkəməyə verdi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda 9 şirkət bu departamenti məhkəməyə verdi
Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

APA-nın məlumatına görə, "Naviqator Mobil Servises", "Retail Solutions", "Azəri-Türk LTD", "Azerbaijan Steel Supply", "Transport-Servis LTD", "Effekt-M", "Nicat-Nəzrin", Kraun MMC-lər və Azəraqrartikinti ASC-nin "Aqrartikintiservis" firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Bu şirkətlərlə yanaşı, fiziki şəxs - Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler