» » Dələduzluqda ittiham olunan şirkət açıqlama yaydı

Dələduzluqda ittiham olunan şirkət açıqlama yaydı

Bölmə: Sosial
Dələduzluqda ittiham olunan şirkət açıqlama yaydı"Atena" şirkətinin nümayəndəsi Turqut Məmmədli çalışdığı şirkətin dələduzluqda ittiham olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, mediada şirkətlə bağlı yayımlanan yanlış xəbərlər həqiqəti əks etdirmir.

“Məqalədə qeyd olunan BMS Aqro MMC şirkətinin Atena şirkəti ilə hər hansı bir əlaqəsi yoxdur. Qeyd olunan şirkət ilə Atena şirkətinin təsisçiləri və rəhbərləri fərqli şəxslərdir və onları heç bir biznes əlaqələri bağlamır. Ağcəbədi rayonunda yerləşən "BMS Aqro" şirkətinin ferması, "Atena" şirkətinin ferması və zavoduna yaxın ərazidə yerləşməsi bu şirkətin də bizə bağlı olması anlamına gəlmir. Bu xəbəri bilmədən yayımlayan xəbər qurumlarına yayımladıqları xəbərə düzəliş etməyi və ya həmin xəbəri silmələrini tövsiyə edirik”.

Şirkətdən qeyd edilib ki, "Atena"nın fəaliyyəti ilə tanış olmaq istəyənləri isə şirkətin Ağcəbədi rayonunda yerləşən fermasına və zavoduna baş çəkə bilərlər.

Qeyd edək ki, 7 ildir fəaliyyət göstərən “Atena” şirkəti Azərbaycanın ESL texnologiyası əsasında süd və süd məhsulları istehsal edən ilk yerli süd markasıdır. Bazar liderlərindən biri olan “Atena” şirkəti yerli və xarici bazarda fərqli markalar ilə təmsil olunur. O cümlədən, hazırda süd, ayran, qatıq, pendir, xama, kəsmik, kərə yağı, dovğa, süzmə və s. kateqoriyalı məhsullar istehsal etməklə yanaşı, məhsul çeşidini mütəmadi artırmağı hədəfləyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler