» » “Alpinistlərin üzərində lazımi cihazlar olmayıb” -

“Alpinistlərin üzərində lazımi cihazlar olmayıb” - Avstriyalı mütəxəssis

Bölmə: Sosial
“Alpinistlərin üzərində lazımi cihazlar olmayıb” - “Alpinistlərin axtarışı aparılan dağlıq ərazidə vəziyyət çox riskli və təhlükəlidir. Orada hər an qar uçqunu baş verə bilər. Buna baxmayaraq, xilasedicilər alpinistlərin tapılması üçün əlindən gələni əsirgəmirlər. Axtarış heyətinin peşəkarlıq səviyyəsi yüksəkdir”.

Xalqinfo.az AzərTac-a istinadən xəbər verir ki, bunu Qubada dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarına cəlb olunmuş Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisi Adolf Herrer deyib.

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda jurnalistlərin suallarını cavablandıran mütəxəssis bildirib ki, axtarış heyətinin apardığı araşdırmalara əsasən, alpinistlər Tufandağ istiqamətində hərəkətə başlasalar da, hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti düşərgə qurublar. Ehtimal var ki, sonradan hava şəraitinə görə marşrutu dəyişiblər. İndi isə onların yerini təxmin etmək çətindir. Çünki alpinistlərin üzərində onların yerini texniki vasitələrlə müəyyənləşdirmək üçün lazımi cihazlar olmayıb. Həmin avadanlıqlar olsaydı, alpinistlərin tapılması asanlaşardı.

Adolf Herrer axtarış aparılan ərazidə qalın qar örtüyünün olduğunu qeyd edib.

Bildirib ki, Avstriya kimi dağçılıq idmanı inkişaf etmiş ölkələrdə belə, bu şəraitdə axtarışların aparılması riskli sayılır.

Xatırladaq ki, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler