» » Ərəb turistin Bakıdakı sərgüzəşti ölümünə səbəb oldu

Ərəb turistin Bakıdakı sərgüzəşti ölümünə səbəb oldu

Bölmə: Sosial
Ərəb turistin Bakıdakı sərgüzəşti ölümünə səbəb oldu
Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.

Xalqinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, insident Əhməd Rəcəbli küçəsində yerləşən “Ariva” hotelinin 311 nömrəli otağında baş verib.

Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib.

Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.

İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

Fakt üzrə istintaq davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler