» » ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirildi

ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirildi

Bölmə: Sosial
ADU-da Şərq dilləri müəllimləri üçün seminar keçirildi
Yanvarın 9-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Şərq dillərinin tədrisində poeziyanın pedaqoji potensialı” mövzusunda elmi-metodiki seminar baş tutub.

Xalqinfo.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov dilin tədrisində klassik və müasir Çin poeziyasının mühüm rolundan danışaraq, çinşünas tələbələrin oxuma, dinləmə, danışma kimi əsas kommunikativ biliklərinin inkişafı üçün poetik əsərlərdən istifadə olunmasının metodiki xüsusiyyətləri üzərində dayanıb. O, həmçinin tədris prosesində poetik əsərlərin bədii tərcüməsinin əsas aspektlərini bölüşərək, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Ən yaxşı ata” şeirini də oxuyub.

Tədbirdə çıxış edən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua, Hindi dili və mədəniyyəti Mərkəzinin müdiri Saidə Mirzəyeva, yapon dili müəllimi Xanım Xəlilova, ərəb dili müəllimi Ülviyyə Hüseynova tədqiq olunan dillərin həmin xalqların mədəniyyəti və ənənələrinin milli xüsusiyyətlərini nümayiş etdirmək baxımından əhəmiyyətini vurğulayıblar.

Tədbirdə Şərq dillərinin tədrisində motivasiya faktorlarından biri sayılan poeziyanın tələbələrin mədəni dialoqlarda iştirak edərkən dil qabiliyyətlərini formalaşdırdığı, nitq fəaliyyətinin əsas tərəflərini, nitqin fonetik, qrammatik və leksik tələffüzünü asanlaşdırdığı qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler