» » Naxçıvan-Məşhəd qatarının hərəkətinin bərpa olunancağı vaxt açıqlandı

Naxçıvan-Məşhəd qatarının hərəkətinin bərpa olunancağı vaxt açıqlandı

Bölmə: Sosial
Naxçıvan-Məşhəd qatarının hərəkətinin bərpa olunancağı vaxt açıqlandı
Yanvarın 11-dən etibarən 16/15 №-li Naxçıvan - Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirova qeyd edib ki, qatar Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7:00-da yola düşəcək:

“Məşhəd stansiyasına yanvarın 12-dən etibarən həftənin V günləri, İran vaxtı ilə saat 14:25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana yola düşən qatar yanvarın 14-dən etibarən həftənin bazar günləri saat 6:00-da çatacaq”.

Qeyd edək ki, Naxçıvan - Məşhəd - Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixdən hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler