» » "İcbari tibbi sığorta bütün ölkə üzrə tətbiq ediləcək" -

"İcbari tibbi sığorta bütün ölkə üzrə tətbiq ediləcək" - Musa Quliyev

Bölmə: Sosial
"İcbari tibbi sığorta bütün ölkə üzrə tətbiq ediləcək" - İnanıram ki, 2019-cu ilə qədər icbari tibbi sığorta sistemini bütün ölkə üzrə tətbiq edə biləcəyik.

Xalqinfo.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O xatırladıb ki, bu ilin dövlət büdcəsində icbari tibbi sığorta ilə bağlı vəsait nəzərdə tutulub.

“Hesab edirəm ki, bu məsələ də önəmlidir. Hazırda Yevlax və Mingəçevirdə pilot layihələr uğurla davam edir. Bu il icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihələrinin əhatəsi genişləndiriləcək. Düşünürəm ki, biz artıq 2019-cu ilə icbari tibbi sığorta sistemini bütün ölkə üzrə tətbiq edə biləcəyik”, - deyə M. Quliyev bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler