» » Deputat siqaretlə bağlı cərimələr məsələsinə aydınlıq gətirdi

Deputat siqaretlə bağlı cərimələr məsələsinə aydınlıq gətirdi

Bölmə: Sosial
Deputat siqaretlə bağlı cərimələr məsələsinə aydınlıq gətirdiSon günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr gedir. Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Modern.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) 212.2. maddəsinə əsasən, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

“Nəzərə alınmalıdır ki, elə bu Qanuna əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də vəzifəli şəxs hesab olunurlar və barələrində 400 manat cərimə tətbiq edilə bilər. Həmçinin, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə 30 manat cərimə müəyyən edilib”.

Deputatın sözlərinə görə, müzakirələrə yol açan və çaşqınlıq yaradan incə hüquqi məqam odur ki, bu cərimələr “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna istinadla tətbiq edilir.

“Yeni qəbul edilmiş və bu qadağaları ətraflı müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun isə mövcud İnzibati Xətalar Məcəlləsinin istinad etdiyi sənəddə müvafiq maddələri (qadağan edilmiş yerləri) ləğv edir və bununla da müəyyən hüquqi boşluq yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsində istinad olunan Qanunun hansı yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasını tənzimləyən maddəsinin artıq hüquqi qüvvəsi yoxdur. Mövcud vəziyyət hazırda yalnız İnzibati Xətalar Məcəlləsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkilməsinə görə şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 212. maddəsi sadəcə siqaret çəkməklə ilə bağlı məsələni tənzimləyir, ancaq digər tütün məmulatları barədə hər hansı norma nəzərdə tutmur (məsələn, qəlyan).

Digər hallarda isə müəssisələr, idarə və təşkilatlar barəsində (ancaq siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə) isə məsuliyyət tədbirləri tətbiq edilə bilər.

Təbii ki, bu qısa müddətli bir vəziyyətdir və qanunyaratma praktikasına əsasın Milli Məclis yeni qanunun tələblərini digər qanunlara uyğunlaşdırmaq üçün yaz sessiyasında bu dəyişiklikləri nəzərdən keçirəcək və İnzibati Xətalar Məcəlləsinə yeni qanuna istinad və müvafiq cərimələrin tətbiqi üçün hüquqi imkanarı təmin edəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler