» » Nazirlik SSRİ-nin son yadigarlarını satışa çıxarır

Nazirlik SSRİ-nin son yadigarlarını satışa çıxarır

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Nazirlik SSRİ-nin son yadigarlarını satışa çıxarırMədəniyyət və Turizm Nazirliyi bölgələr üzrə fəaliyyət göstərən kənd klublarını satır.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, nazirlik bu dəfə müxtəlif rayonlarda yerləşən 4 kənd klubunu satışa çıxarıb. Bunun üçün fevral ayının 14-də xüsusi hərrac təşkil ediləcək.

Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş, Gəncə və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kənd klubları satılacaq.

Özəlləşdirməyə Ağdaş rayonundan Bulaqotağı kənd klubu, Goranboy rayonundan Səmədabad və Səfikürd kənd klubları, Xaçmaz rayonundan isə Nərəcan kənd Mədəniyyət evi təqdim edilib.

Özəlləşdirməyə təqdim edilən kənd klubları və mədəniyyət evi üçün ən yüksək satış qiyməti Nərəcan kənd Mədəniyyət evinə müəyyən edilib. Xaçmazda yerləşən bu əmlakın ilkin staış qiyməti 64.900 manatdır.

Bulaqotağı kənd klubu 8000 manata, Səmədabad kənd klubu 4000 manata, Səfikürd kənd klubu isə 10.350 manata özəlləşdirməyə çıxarılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler