» » Reyhana vəzifə verildi

Reyhana vəzifə verildi

Bölmə: Sosial, MARAQLI, MANŞET
Reyhana vəzifə verildiAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainenergy” qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.

Daxil olan məlumata görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.

Həmçinin Reyhan Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib.

Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.

Xatırladaq ki, ABŞ prezidentinin qızı İvanka Tramp nümayəndəsi olduğu Qlobal Sahibkarlıq Sammitində 15 yaşlı Reyhanın uğurlarından danışmışdı. Hələ gənc olmasına baxmayaraq Reyhan Camalovanın böyük işlər gördüyünü vurğulayan prezident qızı çıxışına “sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır” sözlərini də əlavə etmişdi.

Reyhana vəzifə verildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler