» » AZAL aviareyslərə qeydiyyat qaydalarını dəyişdi

AZAL aviareyslərə qeydiyyat qaydalarını dəyişdi

Bölmə: Sosial
AZAL aviareyslərə qeydiyyat qaydalarını dəyişdi2018-ci il yanvarın 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

AZAL-dan Oxu.Az-a verilən məlumata görə, eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.

Məlumata görə, AZAL sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyini xahiş edir:

“Həmçinin, sərnişinlər saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqaj olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərlər”.

Qeyd edək ki, hazırda AZAL-da qeydiyyat uçuşa 2 saat qalmış başlanır. Bütün reyslərə qeydiyyat isə 40 dəqiqə qalmış bağlanır. Bu qayda “Buta Airways” uçuşlarına da şamil ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler