» » İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama

İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama
Fövqəladə Hallar Nazirliyi (FHN) itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı məlumat yayıb.

Xalqinfo.az nazirliyin saytınma istinadən xəbər verir ki, Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 4-də davam edib.

Əməliyyatda Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri (müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmuş), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və könüllü dəstələr iştirak edib. Axtarışlara xüsusi təlim keçmiş itlər cəlb olunub.

Axtarış-xilasetmə işləri yüksək dağ massivində çətin meteoroloji şəraitdə aparılır. Son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Hazırda burada qar örtüyünün qalınlığı 1-1,5 metr təşkil edir. Qar uçqunlarının olduğu yerlərdə isə qar qatının qalınlığı 8-12 metrə qədərdir. Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib.


İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama
İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama
İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama
İtkin düşən alpinistlərlə bağlı yeni - Açıqlama

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler