» » Bakının bu qəsəbələrində yaşayanlara -

Bakının bu qəsəbələrində yaşayanlara - Xəbərdarlıq

Bölmə: Sosial
Bakının bu qəsəbələrində yaşayanlara - Bakıda subasma sahələri aktivləşib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Binəqədi I mədən yaşayış sahəsində son aylar əraziyə düşən atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.

Onun sözlərinə görə, Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında təbii amillərin təsirindən nisbi aktivlik müşahidə edilib.

Ə. Qaralov qeyd edib ki, Maştağa – Zabrat, Şuşa şəhərciyi, Daş Karxanası yaşayış massivi, Zabrat – Məhəmmədi, Savalan və Qala qəsəbəsində subasma sahələri atmosfer yağıntılarının təsirindən aktivləşib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler