» » “Dərnəgül” metrosunun ətrafında yenilik -

“Dərnəgül” metrosunun ətrafında yenilik - Foto

Bölmə: Sosial
“Dərnəgül” metrosunun ətrafında yenilik -
“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər yekunlaşıb.

Xalqinfo.az xəbər verir ki, metronun “Dərnəgül” stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

Yaxın vaxtlarda istifadəyə veriləcək “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək.

Qeyd edək ki, növbəti belə mərkəzin Beynəlxalq Avtovağzal Kompleksinə yaxın ərazidə yaradılması planlaşdırılır.

“Dərnəgül” metrosunun ətrafında yenilik -
“Dərnəgül” metrosunun ətrafında yenilik -
“Dərnəgül” metrosunun ətrafında yenilik -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler