» » Hazırlıq qruplarının hansı universitetlərdə açılacağı bilindi

Hazırlıq qruplarının hansı universitetlərdə açılacağı bilindi

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Hazırlıq qruplarının hansı universitetlərdə açılacağı bilindi“Təhsil haqqında” qanuna əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalıdır.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunmalıdır. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bəs hazırlıq qrupları hansı universitetlərin nəzdində fəaliyyət göstərəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a bildirib ki, universitetlərdə hazırlıq qruplarının yaradılması Təhsil Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.

“Biz “Təhsil haqqında” qanuna dəyişiklik etmişik və prezident də həmin dəyişiklikləri təsdiqləyib. Qanunun icrası isə Təhsil Nazirliyinə tapşırılıb. Universitetlərdə hazırlıq qruplarının yaradılmasına 2018-ci ildən başlanılacaq”.

İsa Həbibbəyli hazırlıq qruplanın açılacağı universitetlər hada ilik məlumat verib:

“Hazırlıq qrupları qəbul planları kəsirlə yerinə yetirilən, tələbə axını bir qədər az olan ali təhsil müəsissələrində fəaliyyət göstərəcək. Ona görə də belə ali təhsil müəssisələrində boşluğu aradan qaldırmaq üçün hazırlıq qruplarının yaradılmasına ehtiyac var. Hazırlıq qrupları özəl və dövlət ali təsil müəssisələrində açılacaq. Bu yaxınlarda Təhsil Nazirliyinin rəsmiləri də bildiriblər ki, universitetlərin nəzdində hazırlıq qruplarının yaradılması istiqamətində işlər aparılır. Düşünürəm ki, bu barədə dəqiq məlumatı yaxın zamanlarda Təhsil Nazirliyi açıqlayacaq. Həmin hazırlıq qruplarının hansı universitetlərdə açılacağı və ödənişin nə qədər olacağı barədə ictimaiyyətə məlumat verəcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler