» » 2000-ci il təvəllüdlü gənclərin hərbi xidmətə çağırışı başlandı

2000-ci il təvəllüdlü gənclərin hərbi xidmətə çağırışı başlandı

Bölmə: Sosial
2000-ci il təvəllüdlü gənclərin hərbi xidmətə çağırışı başlandıAzərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, bu gündən – 1 yanvardan həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

Xalqinfo.az-ın məlumatına görə, yanvarın 31-dək davam edəcək çağırış prosesində 2000-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1983-1999-cu illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Həmin sənədə uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2018-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler