» » Alpinistlərlə bağlı son xəbər - “3500 m hündürlükdə bəzi izlərə rast gəldik, lakin...”

Alpinistlərlə bağlı son xəbər - “3500 m hündürlükdə bəzi izlərə rast gəldik, lakin...”

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Alpinistlərlə bağlı son xəbər - “3500 m hündürlükdə bəzi izlərə rast gəldik, lakin...”
Quba rayonu ərazisində dağlıq ərazidə dekabrın 23-dən itkin düşmüş alpinistlərin axtarışları istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Xalqinfo.az “Modern.az”a istinadən xəbər verir ki, bu barədə alpinistlərin axtarışları ilə bağlı Əməliyyat Qərarqahından bildirilib.

Bildirilib ki, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, xüsusi təlim keçmiş itlər və peşəkar alpinistlərdən ibarət könüllü dəstə iştirak edir.

23 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüblər.

Axtarışlarda iştirak edən Sirxan Məmmədov ən son bunları deyib:

“26.12.17 tarixində itkin düşən dağçılarımızın axtarılması məqsədilə ərazidə axtarışlara qoşulmuşuq.

27.12.17 tarixində 7 nəfər dağçı ilə Tufan dağının aşağı hissələrində, sağ və sol yamaclarında axtarışlar etdik. Hava şəraitinin dəyişməsi ilə axtarışları dayandırmalı olduq və FHN vertolyotu ilə havadan əraziyə baxış keçirdik və vertolyot ilə Xınalıq kəndinə qayıtmalı olduq. Gecə FHN əməkdaşları ilə axtarış planları hazırlandı və növbəti gün Şah yaylağında (Mahmud dərənin girişində) qərərgah quruldu və müxtəlif istiqamətlərdə axtarış-xilasetməyə qoşulan alpinist qrupların koordinasiyasını etməyə başladıq.

28.12.17 tarixində Mahmud dərənin aşağı istiqamətlərində qar uçqunu olan hissələrində axtarışlara başladıq. Daha sonra 4 nəfər peşəkar dağçı ilə yüksək dağlıq ərazilərdə iz axtarılması məqsədilə 3000 m yüksəklikdə camp qurduq.

29.12.17 tarixində Mürsəl Qasımov ilə birlikdə axtarış məqsədilə zirvə istiqamətində 2B marşrutu ilə yol aldıq. 3500 m hündürlükdə müəyyən izlərə rast gəldik, lakin zirvə, zirvə ətrafı ərazilər və zirvə yolu üzərində itən dağçılarımıza aid heç bir izə rast gəlmədik. Bu qərara gəldik ki, dağçılarımız zirvədə olmayıblar.

Zirvə yolu bizə belə ağır gəlməmişdi! Biz bütün gücümüzlə onları axtarırıq. Tufan dağına gedən bütün marsrutlarda axtarışlar davam edir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler