» » Mehriban Əliyeva qızları və nəvəsi ilə Yeni il şənliyində - Fotolar

Mehriban Əliyeva qızları və nəvəsi ilə Yeni il şənliyində - Fotolar

Bölmə: Sosial, Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Mehriban Əliyeva qızları və nəvəsi ilə Yeni il şənliyində - Fotolar
Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Xalqinfo.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də proqramla çıxış ediblər.

Daha sonra M.Əliyeva uşaqlarla söhbət edib, onların sevincini paylaşıb.

Birinci vitse-prezident çıxış edərək uşaqlarla yenidən birlikdə oduğu üçün şad olduğunu deyib:

“Ümidvaram ki, 2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. 2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi. Biz qarşımızdakı məsələləri ardıcıl olaraq həll edirik, problemləri aradan qaldırırıq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil alması üçün bütün şəraitlər yaradılıb”.

M.Əliyeva 2018-ci ildə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıb:

“Arzulayıram ki, bizim balalarımız savadlı, bilikli, tərbiyəli böyüsün. Arzulayıram ki, onlar öz dostları, yaxınları, ətraflarındakı insanlar ilə xoş niyyətlə, hörmətlə davransınlar. Qoy, sizin yolunuz açıq, ürəyiniz işıqla dolu olsun! Mən sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler