» » Qəbiristanlıqların idarə olunması bələdiyyələrə verilir

Qəbiristanlıqların idarə olunması bələdiyyələrə verilir

Bölmə: Sosial
Qəbiristanlıqların idarə olunması bələdiyyələrə verilirAzərbaycanda qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanunun 4-cü (Yerli sosial müdafiə və sosial inkişaf proqramları) maddəsinin 2-ci hissəsinə edilən əlavəyə əsasən, qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, həmçinin dəfn xidmətlərinin təşkilinə bələdiyyələr yardım göstərəcək.

Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq həyata keçirilir.

Qanuna dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler