» » Yeni xəbər kanalı ilə bağlı nəticələr açıqlandı

Yeni xəbər kanalı ilə bağlı nəticələr açıqlandı

Bölmə: Sosial
Yeni xəbər kanalı ilə bağlı nəticələr açıqlandıBu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, iclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş “BAKU ART LAB” MMC, “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılmış, müsabiqənin nəticələri müzakirə edilib.

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 15, 19-cu maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.6, 9.6-cı bəndini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 15 mart 2016-cı il tarixli 176-VQ saylı Qanununun 22.1-ci maddəsini rəhbər tutaraq digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

***

Xəbər kanalı tenderinin qalibi “Arb Media Qrup” açıqlama yayıb. "Qafqazinfo"ya daxil olan açıqlamada qeyd olunur:

"Bildiyiniz kimi tenderin qalibi olan ARB 24 kanalı “Arb Media Qrup”-un tərkibinə daxil olan bir televiziya resursudur. Telekanal 5 ildir ki, xəbər sahəsində ixtisaslaşaraq peyk vasitəsi ilə yayımını həyata keçirir və kanalın əsas bazası Tovuz rayonundadır. Bütün bunları nəzərə alaraq qərara gəlmişik ki, ölkənin ixtisaslaşmış ilk ümumrespublika xəbər kanalı 2018-ci ilin payız aylarında fəaliyyətə başlasın".




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler