» » Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edir

Bölmə: Sosial
Azərbaycan Universiteti doktorantura və dissertanturaya qəbul elan edirAzərbaycan Universiteti 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Xalqinfo.az xəbər verir ki, sənəd qəbulu 15 yanvar 2018-ci il saat 17.00-a qədər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında, Magistratura və doktorantura şöbəsində aparılacaqdır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı

İqtisad elmləri


İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix

Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

Azərbaycan dili – 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə

Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı

İqtisad elmləri

İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Ümumi iqtisadiyyat 1nəfər – 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix

Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

Azərbaycan dili - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə

Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tələb olunan sənədlərin siyahısı

Rektorun adına ərizə

Kadrların şəxsi qeydiyyat vərəqi

Tərcümeyi-hal

4 ədəd fotoşəkil (3x4)

İş yerindən xasiyyətnamə

İş stajı olanlar üçün əmək kitabçasından çıxarış

Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat

Ali təhsil müəssisəsinin bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)

Şəxsiyyəti təsdiq edən sənədin surəti

Bir tədris ili üçün təhsil haqqı həm doktorantlar, həm də dissertantlar üçün 1200 manatdır.

Əlavə məlumat üçün:
Magistratura və doktorantura şöbəsi
Tel: (+99412) 431 41 12 (daxili 126)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler