» » Bayram günlərində işığımız fasiləsiz veriləcək

Bayram günlərində işığımız fasiləsiz veriləcək

Bölmə: Sosial
Bayram günlərində işığımız fasiləsiz veriləcək
“Azərişıq” ASC tərəfindən Bayram və qeyri-iş günləri sayılan 31 dekabr, 1-3 yanvar tarixlərində enerji istehlakçılarının və bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə bir sıra texniki və təşkilatı tədbirlər görüləcək.

Xalqinfo.az xəbər verir ki, bayram günlərində “Azərişığ”ın Mərkəzi Aparatı üzrə məsul şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Həmçinin qeyd edilən tarixlərdə enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcək.

Bununla yanaşı elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə Rayon Enerji Təchizatı və Satışı İdarələri (RETSİ), Enerji Təchizatı və Satışı İdarələri (ETSİ) və Elektrik şəbəkələri (EŞ) üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarəti gücləndiriləcək.

Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin icrası müvəqqəti olaraq dayandırılacaq.

Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat xidmətində növbətçilik təşkil ediləcək, habelə zəruri olan mal-materialların ehtiyatı yaradılacaq.

199 saylı “Cağrı mərkəzi” 24 saat xidmətinizdədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler