» » Azərbaycan alimləri yeni dərman preparatı hazırladı -

Azərbaycan alimləri yeni dərman preparatı hazırladı - Video

Bölmə: Sosial
Azərbaycan alimləri yeni dərman preparatı hazırladı -
Bitkiçilik və heyvandarlıqda zərərvericilərə qarşı məhz ölkəmizdə istehsal edilən dərman preparatından istifadə edilə bilər.

Xəzər TV-nin məlumatına görə, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri Institutunun alimləri İAF- 1 adlı dərman preparatı hazırlayıblar. Dərman vasitəsi uğurla sınaqdan keçirilib.

Hazırda kartofçuluq sahəsində kolorado böcəyinə qarşı mübarizədə xarici ölkələrdən gətirilmiş dərmanlardan istifadə edilir. İqtisadi səmərələliyinə görə "IAF-1" analoji preparatlarla müqayisədə iki dəfə ucuz başa gəlir.

Neft-Kimya prosesləri İnstitutunun laboratoriya müdiri Çingiz Rəsulov deyir ki, dərmana Azərbaycanda patent alınıb və kütləvi istehsal üçün kənd təsərrüfatı nazirliyinə təqdim edilib. Bu dərman preparatından istifadə çox asandır.Belə ki, məhlulu su ilə qarışdırıb toxum səpinindən sonra torpağa çiləmək lazımdır.

Yaxın gələcəkdə sözügedən dərman preparatının kütləvi olaraq istəhsalına və tətbiqnə başlanılacaq.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler