» » Alpinistlər necə yoxa çıxıblar? -

Alpinistlər necə yoxa çıxıblar? - Departamentdən açıqlama

Bölmə: Sosial
Alpinistlər necə yoxa çıxıblar? -
““Gilavar” ekstrim və idman klubundan ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə daxil olmuş müraciətə əsasən, klubun təcrübəli dağçılardan ibarət qrupuna 23-25 dekabr 2017-ci il tarixlərində Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsinə qalxmasına icazə verilməsi xahiş edilib”.

Bu barədə Departamentdən “Qafqazinfo”ya verilən açıqlamada bildirilir.

Məlumatda qeyd olunur ki, qanunvericiliklə nəzərdə tutulmuş fərdi anket vərəqələri, şəxsi sənədlər və iltizamnamələr təqdim olunduğundan və “Gilavar” ekstrim və idman klubunun böyük və müstəqil təşkilat olması, sıralarında yetərincə təcrübəli dağçıların olması nəzərə alınaraq, onların müraciətinə müsbət yanaşılıb.

“Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata əsasən, 23-25 dekabr tarixlərində Tufandağ massivində 9-13 dərəcə şaxta, 2-5 m/saniyə mülayim şimal-qərb, qərb küləyi olub.

Klub üzvləri hərəkət edəcəkləri marşrutu (Xınalıq-Tufandağ marşrutunu) əvvəlcədən özləri seçiblər. 25-i geri qayıtmalı olduqları halda qrupla əlaqə kəsilib.

Hadisə ilə bağlı məsələlər araşdırılarkən məlum olub ki, sonuncu dəfə qrup üzvləri bazar günü 24 dekabr tarixində 19:02-də mesaj yazıb və Mahmuddərədə gecələyəcəkləri barədə və səhər- 25 dekabr tarixində marşuruta davam edəcəkləri haqda məlumat veriblər.

Səhəri günü marşrutdan qayıtmalı olan qrupdan xəbər çıxmadığını görən “Gilavar” klubu bu barədə məlumat verərək, xilasetmə ilə bağlı hazırlıqlara başlayıb (əslində hər bir analoji yönlü Klubun öz xilasetmə dəstəsi olmalıdır); 3 dağçının itkin düşməsi ilə bağlı xəbər alan kimi Departament tərəfindən bu barədə dərhal FHN-ə müvafiq məlumat verilib.

26 dekabr tarixində xilasetmə qrupu yaradılaraq əraziyə göndərilib. Qrup axşam əraziyə çatdığından, 27 dekabr tarixində səhər erkən saatlardan etibarən axtarış işlərinə başlayıb.

Həmçinin 27 dekabr 2017-ci il tarixində FHN, DSX, ETSN və FAİREX təşkilatının üzvlərindən ibarət təcrübəli komanda tərəfindən xilasetmə işlərinə başlanılıb, xilasetmə dəstələrinin ciddi səylərinə baxmayaraq , əfsuslar olsun ki, hələ axtarışlar nəticə verməyib. 28-i səhər saatlarından yenidən axtarış işlərinə başlanılacaq.

Qeyd edək ki, “Gilavar” klubu da məsələyə operativ reaksiya verib. Hazırda aidiyyəti qurumların nümayəndələri və əlavə qüvvələr də cəlb olunub, müvafiq marşrutları nəzərə alaraq axtarış işləri sabah da davam edəcək, - Departamentin məlumatında deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler