» » “Koroğlu”da tıxaclar aradan qaldırılır?

“Koroğlu”da tıxaclar aradan qaldırılır?

Bölmə: Sosial
“Koroğlu”da tıxaclar aradan qaldırılır?“Koroğlu” metro stansiyasının qarşısında yaranan tıxacların aradan qaldırılması üçün təkliflər hazırlanıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında nəqliyyatın xaotik hərəkətinin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı təkliflər hazırlayıb.

Hər gün axşam saatlarında ərazidə müşahidə edilən vəziyyət həmin yoldan istifadə edən bütün hərəkət iştirakçılarının ciddi narazılığına səbəb olur. Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə və Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsinə şəhər sakinləri tərəfindən çoxsaylı müraciətlər edilir. Əhalinin haqlı narazılığına səbəb olan bu hal Bakı Nəqliyyat Agentliyini də narahat edən əsas məsələlərdəndir.

Şəhərin küçə və prospektlərində nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə təhlillər aparıb. Müəyyən edilib ki, “Koroğlu” metro stansiyası (piramida formalı çıxışı) yaxınlığında avtobus dayanacaq məntəqəsinin mövcudluğu, orada şəxsi və taksi minik avtomobillərinin dayanaraq sərnişin mindirib-düşürməsi Heydər Əliyev prospektində, Mikayıl Əliyev küçəsində və Ziya Bünyadov prospektində nəqliyyatın hərəkətində sıxlıq yaranmasına səbəb olur.

Həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması üçün mövcud avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi və yol kənarına məhəccərlərin çəkilməsi məqsədəmüvafiq hesab edilir. Belə ki, qeyd edilən təklif reallaşacağı təqdirdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər.

Məlumat üçün onu da qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə “Atletlər kəndi” yaxınlığında yaradılan Nəqliyyat Mübadilə Mərkəzi “Koroğlu” metro stansiyasının həmin hissədəki çıxışının qarşısında səhər saatlarında müşahidə edilən tıxacın, xaotik hərəkətin aradan qalxmasına səbəb olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler