» » Zərdab sakini çalışdığı marketdən 65 min manatlıq siqaret oğurlayıb

Zərdab sakini çalışdığı marketdən 65 min manatlıq siqaret oğurlayıb

Bölmə: Sosial
Zərdab sakini çalışdığı marketdən 65 min manatlıq siqaret oğurlayıb
Zərdab ryonunda marketdən 65 min manat dəyərində siqaret oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, sentyabrın 30-da Zərdab rayon sakini Araz Əliyev Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq edildiyi barədə məlumat verib. Polis əməkdaşları tərəfindən obyektin maliyyə təsərrüfatına baxış zamanı 65 min manat dəyərində tütün məmulatları oğurlandığı müəyyən olunub.

Faktla bağlı Zərdab RPŞ-da aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 25-də cinayəti törətməkdə şübhəli bilinən şəxslər - Mayıl Əsədov və Abdulla Kərimov saxlanılıb.

Araşdırmalarla M.Əsədov işlədiyi mağazadan tanışı A.Kərimov ilə birgə 2015-ci ilin yanvar ayından etibarən hissə-hissə 65 min dəyərində tütün məmulatları oğurladıqları məlum olub. Hər iki şəxs dindirilmə zamanı oğurlanan məmulatları dəyərindən ucuz qiymətə satdığını etiraf ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler