» » Ağdamda şəhid ailələrinə və əlillərə evlər verildi

Ağdamda şəhid ailələrinə və əlillərə evlər verildi

Bölmə: Sosial
Ağdamda şəhid ailələrinə və əlillərə evlər verildiAğdam və Ağcabədi rayonlarında ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatına həsr olunmuş tədbir keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inşa etdirdiyi Ağdam rayonunda 4, Ağcabədi rayonunda 5 fərdi yaşayış evinin açarları Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ağdam və Ağcabədi rayonlarında yeni fərdi yaşayış evlərinin istifadəyə verilməsi tədbirlərində ölkə Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində ölkə vətəndaşının həyat səviyyəsinin yaxşılaşdırılması prinsipinin dayandığı vurğulanıb. Qeyd olunub ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin davamı kimi, cari ildə nazirlik tərəfindən 55-ə yaxın rayon və şəhərdə yeni fərdi yaşayış evləri, habelə hazır yaşayış binalarından alınaraq təmir olunaraq həmin təbəqələrdən olanlara verilib. Ağdam və Ağcabədi rayonlarında bu sahədə məqsədyönlü işlər aparılır. 2014-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər iki rayonda əlavə olaraq 40 ədədə yaxın fərdi yaşayış evini, habelə Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli yaşayış evini Vətən uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verib. Həmin təbəqədən olanların ailələrinin mənzillə təmin edilməsi işləri qarşıdakı dövrdə də davam etdiriləcək.

Tədbirlərdə yeni fərdi yaşayış evlərinin təqdim edildiyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri sosial müdafiə sisteminin gücləndirilməsi üçün həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, yeni mənzillərlə təmin edildiklərinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler