» » Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq

Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq

Bölmə: Sosial
Vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıqVəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil adından qanunsuz istifadə edənlərə xəbərdarlıq edib.

Kollegiyanın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, son günlər aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir:

“Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şəxslərdən qeyd edilən qanunsuz əməllərə son qoyulmasını tələb edir və onların nəzərinə çatdırır ki, belə əməllərə qısa müddət ərzində son qoyulmazsa, həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler