» » Şəxsiyyət vəsiqələrini almaq daha da asanlaşacaq

Şəxsiyyət vəsiqələrini almaq daha da asanlaşacaq

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Şəxsiyyət vəsiqələrini almaq daha da asanlaşacaq“Tezliklə qeydiyyatdan asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı şəxsiyyət vəsiqələrini istənilən “ASAN xidmət” mərkəzindən ala biləcəklər”.

Xalqinfo.az-ın məlumatına əsasən, bunu Report-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

O, Mingəçevir regional “ASAN xidmət” mərkəzinin açılışından sonra şəxsiyyət vəsiqələrinin istənilən “ASAN xidmət” mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırıla biləcəyini söyləyib:

“Mingəçevir “ASAN xidmət” mərkəzinin açılışından sonra ərazi məhdudiyyəti aradan qaldırılacaq”.

Agentlik rəhbəri 2018-ci ildə açılışı baş tutacaq mərkəzlər haqqında da məlumat verib:

“Növbəti ildə Şəki, Mingəçevir və İmişli regional “ASAN xidmət” mərkəzlərinin açılışı nəzərdə tutulub və bir neçə digər mərkəzin təməli qoyulacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler