» » İmişliyə xarici sərmayə qoyulacaq - Fotolar

İmişliyə xarici sərmayə qoyulacaq - Fotolar

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
İmişliyə xarici sərmayə qoyulacaq - FotolarStrateji planlaşdırma və investisiya siyasəti üzrə Arxangelsk vilayəti qubernatorunun Birinci müavini İkonnikov Viktor və onun nümayəndə heyəti sahibkarlığın inkişafına sərmayə qoyulması ilə bağlı İmişli rayonunda olublar.

İH-dən daxil olan xəbərə görə, qonaqlar və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ehtiramlarını bildiriblər.

Daha sonra onlar Heydər Əliyev Mərkəzi ilə tanış olub və səfərin məqsədi barədə müzakirə aparıblar.

Səfər çərçivəsində Arxangelsk vilayəti qubernatorunun Birinci müavini, onu müşayət edən nümayəndə heyəti və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda yerləşən İmişli şəkər zavoduna, Şəkər zavodunun nəzdində fəaliyyət göstərən Şəkər yem zavoduna, Kəllə qənd zavoduna, İmişli Pambıq təmizləmə zavoduna və “ARAZ-KO” LTD istxana kompleksinə baxış keçirib və İmişli rayonunda hansı sahələr üzrə iş görülməsi barədə işgüzar söhbətlər aparılıb.

Yaxın gələcəkdə bu görüşün müsbət nəticələri olduğu vurğulanıb.

İmişliyə xarici sərmayə qoyulacaq - Fotolar
İmişliyə xarici sərmayə qoyulacaq - Fotolar
İmişliyə xarici sərmayə qoyulacaq - Fotolar
İmişliyə xarici sərmayə qoyulacaq - Fotolar
İmişliyə xarici sərmayə qoyulacaq - Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler