» » Ucarda yanğında yaralananlar Bakıya göndərilib -

Ucarda yanğında yaralananlar Bakıya göndərilib - Yenilənib

Bölmə: Sosial
Ucarda yanğında yaralananlar Bakıya göndərilib - Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.

Xalqinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib.

Rayon sakini, 1967-ci il təvəllüdlü Rais Əlsurət oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədova və 2 yaşlı Turan azad oğlu Əhmədli yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

***

Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yanğın zamanı ağır yanıq xəsarəti diaqnozu ilə xəstəxanaya daxil olan 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədovaya və 2 yaşlı Turan Azad oğlu Əhmədliyə ilkin tibbi yardım göstərilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler