» » Taleh Bağırova qarşı yeni cinayət işi

Taleh Bağırova qarşı yeni cinayət işi

Bölmə: Sosial
Taleh Bağırova qarşı yeni cinayət işi“Müsəlman Birliyi” hərəkatının həbsdə olan sədri Taleh Bağırovun barəsində yeni cinayət işi başlanıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, T.Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Belə ki, onun üzərindən kəsici-deşici əşya tapıldığı iddia edilir.

Qeyd edək ki, T.Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, 6 nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində T.Bağırovla yanaşı, daha bir neçə şəxs saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Qobustan həbsxanasında cəza çəkir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler