» » Etibar Məmmədov biznesindən danışdı:

Etibar Məmmədov biznesindən danışdı: “Özümü işsiz qoymuram”

Bölmə: Sosial
Etibar Məmmədov biznesindən danışdı: Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov son vaxtlar görünmür.

Modern.az saytı Etibar Məmmədovla əlaqə saxlayaraq, yeni ildəki planları barədə soruşub. O, AMİP barədə danışmaq istəməyib.

“Əvvəla, partiyanın işlərinə baxan vəzifəli şəxslər var. Onlar partiyadakı yeniliklərdən danışsa, daha yaxşı olar”.

2018-ci ilin seçki ili olduğunu nəzərə alan əməkdaşımız Etibar Məmmədovdan növbəti prezident seçkilərində hansı mövqedə olacağını xəbər alıb.

“2018-ci ildə keçiriləcək prezident seçkilərinə qatılmaq fikrim yoxdur. Düşünürəm ki, müşahidə etmək daha yaxşıdır”.

Etibar Məmmədov şəxsi tikinti biznesinin olması barədə deyilənlərə münasibət bildirib və beynəlxalq təşkilatdakı işi barədə sualı da cavablandırıb.

“Biznes sözünün tərcüməsi iş deməkdir. Deməli, insanların hamısı bir işlə məşğul olmalıdır. Rəsmi işim, vəzifəm yoxdur. Amma özümü işsiz də qoymuram.

Desinlər! Beynəlxalq fəaliyyətə gəlincə, Beynəlxalq Demokratlar İttifaqının sədr müaviniyəm. Ara-sıra tədbirlərə qatılıb iştirak edirəm. Güman ki, yeni ildə ittifaqın toplantısı keçiriləcək. Hələ ki, yeri və vaxtı bəlli deyil”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler