» » Bakı yollarında panduslar quraşdırılır -

Bakı yollarında panduslar quraşdırılır - Fotolar

Bölmə: Sosial
Bakı yollarında panduslar quraşdırılır - Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün əlverişli infrastrukturun yaradılması işləri çərçivəsində artıq şəhər yollarında panduslar quraşdırılır.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, dünya standartlarına uyğun tikilən pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılır. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişəcək və sürüşməyə davamlı səthdən ibarət olacaq.

Qeyd edək ki, Bakı şəhərinin 5 rayonunda ümumilikdə 421 pandusun tikintisi planlaşdırılır. Pandus layihəsinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin, uşaqların və yaşlı insanların Bakı şəhərinin küçə və prospektlərinin səkilərində hərəkətinə asanlıq yaradacaq və böyük sosial əhəmiyyət daşıyacaq.

Bakı yollarında panduslar quraşdırılır -
Bakı yollarında panduslar quraşdırılır -
Bakı yollarında panduslar quraşdırılır -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler