» » “Notariat haqqında” qanuna edilmiş dəyişiklik təsdiqləndi

“Notariat haqqında” qanuna edilmiş dəyişiklik təsdiqləndi

Bölmə: Sosial
“Notariat haqqında” qanuna edilmiş dəyişiklik təsdiqləndiPrezident İlham Əliyev “Notariat haqqında” Qanununda edilmiş dəyişikliyi təsdiq edib.

“Xalqinfo” xəbər verir ki, qanunun 36-cı maddəsinin birinci hissəsinə “aparılması” sözündən sonra “və bununla əlaqədar xidmətlərin göstərilməsi” sözləri, “tələb etmək,” sözlərindən sonra “elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə etmək, habelə” sözləri, “dövlət reyestrinin” sözlərindən sonra “, eləcə də dövlət torpaq kadastrının” sözləri, “yazılı” sözündən sonra “və ya elektron” sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib.

Dəyişikliyə əsasən, notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən elektron informasiya sistemləri vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surəti kağız daşıyıcısına keçirilərək təsdiq edilməlidir


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler