» » Bakı metrosunda lift olacaq

Bakı metrosunda lift olacaq

Bölmə: Sosial
Bakı metrosunda lift olacaqMetronun Avtovağzal stansiyası gələn ildən istifadəyə veriləcək. Sözügedən stansiyanın gələn il Azərbaycanda keçiriləcək Avropa Yay Olimpiya oyunlarına qədər hazır olması planlaşdırılır. Avtovağzal stansiyası ən çox giriş çıxışı olan stansiyaardan sayılacaq. Burda hətta əlillər üçün liftlər də quraşdırlıb.

Artıq tuneldə bərpa işləri görülüb. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, stansiyanın tam yeni avadanlıqlarla təmin olunması üçün Fransanın bir şirkəti ilə müqavilə də imzalanıb. Yalnız tuneldə nişanlanma işləri qalıb ki, bundan sonra da metro stansiyası sərnişinlərin üzünə açılacaq. Memar Əcəmi stansiyasındakı keçiddən istifadə edərək Memar Əcəmi 2 stansiyasından avtovağzala gediş gəliş mümkün olacaq.

Bundan başqa qurum rəsmisi onu da bildirdi ki, əvvəlkilərdən fərqli olaraq avtovağzal stansiyasında qatara 7 vaqon qoşulacaq. Yeni stansiyanın tikilişi ilə əlaqədar yeni vaqonların gətirilməsi gözlənilir. Bu vaqonları isə əvvəlkilərdən fərqləndirən genişliyi və rahatlığı,həmçinin hava təmizləyici sisteminin olmasıdır.


ans tv "Salam Azərbaycan"

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler