» » Ramil Usubov üçün özəl gün

Ramil Usubov üçün özəl gün

Bölmə: Sosial, MANŞET
Ramil Usubov üçün özəl günBu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubovun doğum günüdür.

Xalqinfo.az xəbər verir ki, polis general-polkovniki olan R. Usubov 22 dekabr 1948, Xocalı rayonunda anadan olub.

1970-ci ildən daxili işlər orqanlarında xidmət edən nazir cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

1993-cü ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

29 aprel 1994-cü ildən isə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindədir.

23 ildir nazir vəzifəsi tutan R. Usubov üç övlad atasıdır.

Ramil Usubov üçün özəl gün
Ramil Usubov üçün özəl gün
Ramil Usubov üçün özəl gün
Ramil Usubov üçün özəl gün
Ramil Usubov üçün özəl gün

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler