» » Damarlarını kəsən direktordan kim pul istəyib?

Damarlarını kəsən direktordan kim pul istəyib?

Bölmə: Sosial, BLOK XƏBƏR, MANŞET
Damarlarını kəsən direktordan kim pul istəyib?“Direktordan pul alınması və ya istənilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Xalqinfo.az bildirir ki, bu sözləri Göyçay rayon Təhsil Şöbəsinin baş məsləhətçisi Lütfiyar Qurbanov 9 nömrəli orta məktəbin direktorunun intihara cəhdinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 1961-ci il təvəllüdlü Akif Qəribovun damarlarını kəsməsini ilk ailəsi öyrənib:

“Hadisə dünən axşam 10-un yarısında baş verib. Vəziyyəti ağır olduğu üçün Təcili Tibbi yardımla xəstəxanaya çatdırılıb. Hazırda rayonun mühafizə orqanları, prokurorluq hadisəni araşdırır. Nəticəsi barədə isə ictimaiyyətə açıqlama veriləcək.

Yazılanlar həqiqətə uyğun deyil. Pul alınması, istənməsi kimi faktların heç biri olmayıb. Məktəbdə sonuncu dəfə yoxlama may ayında olub. Başqa bir hadisə yaşanmayıb”.

***

Göyçay Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, intihara cəhd edən A.Qəribov hazırda Reanimasiya Şöbəsindədir. Onun vəziyyəti stabil olaraq qalır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler