» » Bakıda hoteldə faciə

Bakıda hoteldə faciə

Bölmə: Sosial
Bakıda hoteldə faciəBakıda hoteldə bədbəxt hadisə baş verib.

Xalqinfo.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki "LUXEN" Plaza hotelində baş verib. Binanın fasad hissəsini təmizləyən fəhlə yuxarı mərtəbələrin şüşəsini silərkən təhlükəsizlik kəməri qırılıb və fəhlə yerə yıxılıb. Hadisə nəticəsində fəhlənin iki ayaqları sınıb, müxtəlif bədən xəsarətləri alıb.

Məlumata görə, hadisə yerinə təcili yardım briqadası çağırılsa da, otel rəhbərliyinin göstərişi ilə fəhlə təcili yardım maşını ilə deyil, "BMW" markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb.

Yaralının hansı tibb mərkəzinə aparıldığı məlum deyil.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler